Dünya

Ərdoğandan Zəngəzur dəhlizi barədə açıqlama: “Strateji məsələdir və mütləq tamamlanmalıdır”

Sharing is caring!


“Quru və dəmir yolları ilə Naxçıvan, eləcə də Azərbaycanın digər bölgələri arasında birbaşa əlaqə qurmağımız münasibətlərimizi daha da gücləndirəcək”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

“Bu güclü əlaqə sayəsində bir çox məsələdə qət etdiyimiz məsafəni bir qədər də artıracağıq. Bu səbəblə bir an öncə bu dəhlizin (Zəngəzur dəhlizinin) açılması üçün əlimizdən gələn səyləri göstərəcəyik. Türkiyə və Azərbaycan üçün çox önəmli olan bu dəhlizin reallaşması strateji məsələdir və mütləq tamamlanmalıdır. Bu dəhliz açıldığında Bakıdan yola çıxan avtomobil, yaxud da qatar birbaşa Qarsa gələ biləcək. Türkiyə-Azərbaycan qardaşlığı daha çox güclənəcək”, – deyə R.T.Ərdoğan qeyd edib.

Mənbə: TRT Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir