Dünya

Petr Petrovski: “İrəvan “nə özünə, nə də xalqa” mövqeyində dayanıb” – BELARUSDAN MÜSAHİBƏ

Sharing is caring!


Azərbaycan Respublikası (AR) Silahlı Qüvvələrinin (SQ) Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirləri təxminən bir sutka davam etdi və separatçı rejimin, Ermənistan ordusunun məğlubiyyəti ilə yekunlaşdı.

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşmiş Ermənistan silahlı qüvvələrinin birləşmələri və qanunsuz erməni silahlı dəstələri silahları yerə qoyur, döyüş mövqelərini və hərbi postlarını tərk edir, tamamilə tərk-silah edilirlər.

Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal antiterror tədbirləri ilə bağlı Oxu.Az-a fikirlərini bildirən belaruslu politoloq, “Şimali Avrasiya” İnteqrasiya Araşdırmaları Mərkəzinin eksperti Pyotr Petrovski Belarusun hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib.

– Belarus, prinsipcə, bütün dünya ölkələri kimi, hər zaman Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. BMT-yə üzv olan elə bir ölkə yoxdur ki, belə hesab etməsin. Ona görə də həm bizim, həm də Rusiyanın münaqişəyə qarışması qəribə olardı.

Təəssüf ki, danışıqlar prosesi dalana dirənib. Halbuki, əslində, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin sülh şəraitində, hərbi əməliyyatlar olmadan reinteqrasiyası məsələlərini danışıqlar müstəvisində müzakirə etmək, logistika zəncirlərinin yaradılması ilə bağlı razılığa gəlmək olardı. Amma İrəvan rəhbərliyi, görünənə görə, “nə özünə, nə də xalqa” mövqeyini tutub. Onlar danışıqlar üçün aydın mövqe sərgiləmədilər, Azərbaycan vətəndaşları olan Qarabağın erməni sakinlərinin bərabər hüquqlarının təmin edilməsi məsələlərinin dialoq yolu ilə aydınlaşdırılması barədə düşünmədilər, onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələlərini müzakirə etmədilər.

İrəvan bu məsələlərin həllindən yayındı, yekun isə göz önündədir. Nəticədə problemlər yığılıb qaldı ki, onların sırasında mina təhlükəsi, Qarabağın demilitarizasiyası və əhalinin Azərbaycan həyatına reinteqrasiyası ilə bağlı həll edilməmiş məsələlər var. Bütün bunlar ona gətirib çıxardı ki, vəziyyəti tez bir zamanda həll etmək zərurəti yarandı.

Aydındır ki, Belarus həmişə bütün münaqişələrin sülh yolu ilə həlli mövqeyindən çıxış edir. Və biz Bakının Qarabağda yaşayan erməni millətindən olan şəxslərlə danışıqlar aparmaq istəyini alqışlayırıq. Ümid edirəm ki, Qarabağ erməniləri reinteqrasiya edəcəklər və suveren, müstəqil Azərbaycan dövləti çərçivəsində normal həyat sürəcəklər.

– Lokal antiterror tədbirlərinin ilk günündə Bakı bildirdi ki, antiterror tədbirlərinin dayandırılması üçün qeyri-qanuni erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahları təhvil verməli, qanunsuz rejim isə buraxılmalıdır. İkinci gün bu baş verdi. Bu gün, sentyabrın 21-də isə Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirəsi üçün görüş keçirilir…

– Separatçılar var ki, dialoq qura və məsələni sülh yolu ilə həll edə bilmədilər. Bu separatizmə təkan verən, stimullaşdıran Ermənistan var ki, son günlər özünü geri çəkib. Və Azərbaycanın iradəsi var. İndi mən istərdim ki, Qarabağın erməni sakinlərinin öz iradəsi – xoş məramı olsun. Və artıq dediyim kimi, onlar da Azərbaycanın digər vətəndaşları kimi hüquqlara sahib olsunlar.

Qarabağın demilitarizasiyasına gəlincə, bu, Azərbaycan tərəfindən irəli sürülən ədalətli tələb idi. Və bu da əsas məqsəddir, çünki əks halda, sadəcə, mənasız şəkildə qan töküləcək və heç bir məsələ həllini tapmayacaq. Amma indi diplomatiyaya üstünlük verilməlidir.

Ermənistan üçün isə gündəmdə ən vacib məsələ dayanır: orada bir lider tapılacaqmı ki, ölkənin tarixində yeni səhifə açacaq və qonşuları ilə münasibətləri yaxşılaşdıracaq?

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir