Dünya

Özbəkistan Prezidenti ABŞ-də səfərdədir – FOTO

Sharing is caring!


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev BMT Baş Assambleyasının plenar sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərinə gəlib.

Bu barədə Özbəkistan dövlət başçısının saytında bildirilib.

Məlumata görə, Ş.Mirziyoyev sentyabrın 19-da BMT Baş Assambleyasının plenar sessiyasının ümumi müzakirələrində məruzə ilə çıxış edəcək. O, çıxışı zamanı regional, habelə qlobal gündəliyin aktual problemlərinə dair baxışını təqdim edəcək.

Beynəlxalq siyasi tədbir çərçivəsində Mərkəzi Asiya ölkələri və ABŞ liderlərinin sammiti, xarici dövlətlərin başçıları, nüfuzlu beynəlxalq təşkilatların və Amerikanın aparıcı şirkətlərinin rəhbərləri ilə bir sıra ikitərəfli görüşlərin keçiriləcəyi də gözlənilir.

Mənbə: President.uz

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir