Dünya

Britaniyalı politoloq: “Ağdam-Xankəndi yolunun açılması Qarabağdakı separatçı rejimin məğlubiyyətidir”

Sharing is caring!


“Qarabağın erməni sakinləri üçün Rusiya Qızıl Xaç Cəmiyyətindən ərzaq və digər yüklərin çatdırılması məqsədilə Ağdam-Xankəndi yolunun açılması, şübhəsiz ki, müsbət hadisədir”.

Bunu “Report”a açıqlamasında britaniyalı politoloq və jurnalist Nil Vatson deyib.

O qeyd edib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə Rusiya Qızıl Xaç Cəmiyyəti arasında Anlaşma Memorandumunun imzalanması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğundur və bu, Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət edilərək həyata keçirilib:

“Bu səylərin uğurlu olması məni çox sevindirir, çünki Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır və ölkə hökuməti heç vaxt öz vətəndaşlarının yaşayış üçün zəruri olan vasitələrsiz qalmasına imkan verməyəcək”.

Politoloqun fikrincə, bu hadisə erməni separatçıların vəziyyətin qaçılmaz olduğunu anlamağa başladığını və Rusiyanın rolunun rəsmi Bakı tərəfindən müəyyən qədər müsbət qəbul edilməyə başladığını əyani şəkildə nümayiş etdirir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir