Dünya

Azyaşlı qızın videosunu yayan dörd “Real Madrid” futbolçusu saxlanıldı

Sharing is caring!


İspaniyanın “Real Madrid” klubunun akademiyasının dörd futbolçusu saxlanılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Madrid təmsilçisinin gənclər komandalarının üzvləri azyaşlı qızın iştirak etdiyi seksual xarakterli video yaymaqda şübhəli bilinərək saxlanılıblar. Bunlardan biri “Real Madrid Kastilya”, üçü isə C komandasının oyunçularıdır.

Sözügedən futbolçuların adı açıqlanmayıb. Klub araşdırma bitdikdən sonra oyunçularla bağlı lazımi tədbir görüləcəyini bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir