Dünya

İtaliya hökumət başçısının G20 sammitində vəziyyəti hər kəsi heyrətləndirdi – FOTO/VİDEO

Sharing is caring!


İtaliyanın Baş naziri Corciya Meloni Nyu-Delhidə (Hindistan) keçirilən G20 sammitində iştirak edib. Tədbir zamanı o, Beynəlxalq Media Mərkəzində mətbuat konfransında çıxış edib.

Ancaq sammit zamanı hökumət başçısı açıq-aşkar qeyri-adekvat vəziyyətdə kameralara düşüb. Kadrlarda görünür ki, o, gözlərini qaçırır, başını aşağı salır, özünü yaxşı olduğunu göstərməyə çalışır, amma buna nail ola bilmir.

Görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Bir çoxları zərifliyi ilə seçilən hökumət başçısının bu vəziyyətdə olmasından narahatlıq keçirdiklərini bildiriblər, digərləri isə baş nazirin sadəcə gərgin tədbirlə əlaqədar yuxusuz ola biləcəyini deyiblər.

Xatırladaq ki, Corciya Meloni NATO-nun Vilnüs sammitində də maraqlı məqamla diqqəti üzərinə çəkmişdi. Həmin kadrlarda britaniyalı həmkarı Rişi Sunakın ona smartfonunda nəsə göstərməsi və bundan sonra ikisinin də qəhqəhə çəkməsi əks olunmuşdu.

Mənbə: 360 TV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir