Dünya

Lukaşenko Priqojinin ölümündən sonra ilk dəfə Rusiyaya uçdu: Putinlə görüşəcəyi deyilir

Sharing is caring!


Belarus rəhbəri Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün bu ölkəyə uçub.

Məlumata görə, Lukaşenkonun Rusiyaya səfərinin əsas məqsədi Putinlə sentyabrın 15-də baş tutacaq danışıqlar olacaq. Danışıqların əsas mövzusu isə beynəlxalq gündəm və regional məsələlər, iqtisadiyyatda, xüsusən də sənayedə, kənd təsərrüfatında və digər sahələrdə görüləcək işlər və s. olacaq.

Bildirilir ki, Lukaşenkonun Putinlə şəxsi görüş üçün Soçiyə səfəri anidən verilmiş qərar deyil.

“Belarus tərəfi Priqojinin təyyarəsi ilə insidentdən dərhal sonra görüş barədə istəyini bildirib, lakin görüş üçün icazəni yalnız indi alıb”, – deyə məlumatlı mənbə bildirib.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir