Dünya

Hərbi ekspert Amatuni: “Ermənistanda “Vaqner”çiləri şəxsən görmüşəm”

Sharing is caring!


Erməni hərbi ekspert Qor Amatuni Ermənistanda Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin üzvlərini şəxsən gördüyünü bildirib.

O, bu barədə özünün “YouTube” kanalında məlumat verib. Erməni ekspertin sözlərinə görə, onları Gorusda hotellərin birində görüb.

“Mən bu yaxınlarda Gorusa getmişdim. Orada “Vaqner”çilərdən bir neçə nəfəri gördüm, onların komandiri rusiyalı erməni idi, başqa ermənilər də vardı. Sonra biz onları Gorusun müxtəlif yerlərində gördük. Onlar doğrudan da Ermənistana gəliblər və toplaşırlar. “Vaqner”çilərin niyə gəldiyini hamımız bilirik. Ermənistanın Milli Təhlükəsizlik Xidməti, ordusu və polisi çox diqqətli olmalıdır. Ümumiyyətlə, Ermənistana arzuolunmaz şəxslər buraxılmamalıdır. Gəlin silahlanaq, diqqətli olaq və hər şeyə hazır olaq”, – deyə ekspert bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir