Dünya

Avstriya kansleri Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı danışıqların bərpasına qarşıdır

Sharing is caring!


Avstriya kansleri Karl Nehammer Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqların bərpasına qarşı çıxıb və icma rəhbərlərini Brüssel və Ankara arasında əməkdaşlıq üçün yeni format hazırlamağa çağırıb.

“Biz Ankara ilə Brüssel arasında daha da yaxınlaşmanın tərəfdarıyıq, lakin Türkiyənin tamhüquqlu Aİ-yə üzvlüyü bizim üçün mümkün deyil. Bizim bir-birimizə ədalətli davranmağımız vacibdir və bu, uzun illərdir dondurulmuş Aİ-yə üzvlük danışıqlarına rəsmi şəkildə son qoymaq və yeni qonşuluq əməkdaşlığı konsepsiyasını hazırlamaqdan ibarətdir”, – deyə Nehammer bildirib.

Bu kontekstdə kansler Aİ ilə Türkiyə arasında “iqtisadi və siyasi məsələlərdə qarşılıqlı etimad və əməkdaşlığa” əsaslanan yeni tərəfdaşlığın yaradılmasını müdafiə edib.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Aİ-ni belə bir fürsət olduğu halda respublikanın üzvlük müraciətini təsdiqləməyə çağırıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir