Dünya

Erməni deputat: “Lavrov ölkəmizi məhvə sürükləmək istəyir”

Sharing is caring!


“Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanı məhvə sürükləmək istəyir”.

Bu sözləri Ermənistanın hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Qaqik Melkonyan parlamentdə keçirdiyi brifinq zamanı deyib.

“Lavrov ölkəmizi məhvə sürükləmək istəyir. Görmüsünüz ki, onun proqramları ermənilərin xeyrinə olsun? Rusiya həmişə bizim yerimizə qərar verib, bizim yerimizə fikir yürüdüb, hara gedəcəyimiz, kiminlə dost olacağımız barədə göstəriş verib”, – deyə Qaqik Melkonyan bildirib.

Onun sözlərinə görə, Ermənistan özünə güvənməli, eyni zamanda dostlar axtarmalıdır.

Melkonyan, həmçinin artıq KTMT və Rusiyaya üz tutmağın mənasız olduğunu da vurğulayıb.

Mənbə: Ermənistan KİV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir