Dünya

Fransanın məşhur nəşri İranın Evin zindanında cəza çəkən iranlı qadınların məktublarını dərc etdi – FOTO

Sharing is caring!


Fransanın məşhur “Le Monde” nəşri İranın Evin zindanında cəza çəkən iranlı qadınların məktublarını dərc edib.  

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Nərgiz Məhəmmədi, Sepide Qelian, Nilufər Bəyani və Gülrux İraninin adları məktubların müəllifləri kimi qeyd olunub.

Hər dörd məktubda İran xalqının mübarizələri və siyasi məhbusların iztirablarından bəhs olunub, repressiya və qorxu rejiminin mütləq dağılacağı vurğulanıb.

“Yaşamaq istəyəndə günahkar hesab edilirik”, – deyə iranlı qadınların həbsxanadan yazdıqları məktublarda bildirilib.

“Le Monde” iranlı hüquq müdafiəçilərinin gizli şəkildə yazdığı və yayımlanan beş məktubun mətnini dərc edib. Onlardan dördü hazırda Evin həbsxanasında saxlanılır, beşincisi isə keçmişdə orada cəza çəkib.

Tehranın şimalında yerləşən həmin həbsxana 2022-ci ilin sentyabrında 22 yaşlı gənc qız Məhsa Əmininin hicaba görə bədnam “əxlaq polisi” tərəfindən öldürülməsindən sonra baş verən etiraz hərəkatının çoxlu iştirakçısını qəbul edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir