Dünya

Rusiya XİN-dən Ermənistan və ABŞ-nin birgə hərbi təlimlərinə reaksiya

Sharing is caring!


“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiqdir. Moskva hesab edir ki, müttəfiqlik ruhuna uyğun olaraq KTMT-dəki müttəfiqlərlə təlimlər praktikasına riayət etmək lazımdır”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Ermənistan ərazisində keçiriləcək Ermənistan və ABŞ-nin birgə hərbi təlimlərini şərh edərkən deyib.

O, Rusiyada bu məsələyə diqqət yetirildiyini və ABŞ ilə təlimlərin Moskvada narahatlıqla qarşılandığını vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi sentyabrın 11-dən 20-dək beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində Ermənistan və ABŞ-nin “Eagle partner 2023” adlı birgə hərbi təlimlər keçirəcəyini xəbər verib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir