Dünya

Rusiyaya qarşı sanksiyalar təsirini göstərir: Ölkənin ikinci bölgəsi xarici təyyarələrlə uçuşları dayandırdı

Sharing is caring!


Rusiyanın Kamçatka diyarında Çexiyanın “L-410” təyyarələri ilə uçuşlar sentyabr ayından dayandırılıb.

Buna səbəb Rusiya aviaşirkətlərinin sanksiyalardan sonra üzləşdiyi ehtiyat hissələrinin çatışmazlığı problemi olub. Yəni “paralel idxal” sxemi üzrə üçüncü ölkələrin köməyi ilə ehtiyat hissələri almaq mümkün olmayıb.

Bu barədə yerli hökumətin mətbuat xidmətindən məlumat verilib və yeganə Uzaq Şərq aviaşirkəti olan “Avrora”nın mətbuat xidmətində də bu xəbər təsdiqlənib.

Kamçatka bu təyyarələrin istismarını dayandırmaq məcburiyyətində qalan ikinci Rusiya bölgəsi olub. 2023-cü ilin əvvəlində Komi Respublikasının “Komiaviatrans” şirkəti sanksiyalar və ehtiyat hissələrinin çatışmazlığı səbəbindən “L-410” təyyarələrindən istifadəni dayandırıb.

“Rosaviasiya”nın məlumatına görə, hazırda Rusiyada “L-410” təyyarələrinin yeddi kommersiya operatoru qalır. Onlar “Sibir yüngül aviasiya”, Xabarovsk Hava Yolları, 2-ci Arxangelsk Birgə Aviasiya Eskadriyası, “Polyar Hava Yolları”, “Qazprom Avia”, “Aeroservis” və “KrasAvia” tərəfindən istifadə olunur. Onların donanmalarında ümumilikdə 28 belə təyyarə var. Daha dörd təyyarə isə Ulyanovsk Mülki Aviasiya İnstitutunun sərəncamındadır və onlardan kursantların təlimi üçün istifadə olunur.

Mənbə: ZN.ua  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir