Dünya

İran illərdir casuslarını hakim cildində beynəlxalq yarışlara göndərirmiş – FOTO

Sharing is caring!


“İran Wire” saytı İran hökumətinin illərdir ki, öz agentlərini idman hakimi adı altında xarici ölkələrdə keçirilən beynəlxalq boks yarışlarına göndərdiyini ifşa edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, hakim qiyafəsində göndərilən şəxslərdən biri Ərak şəhər prokurorunun müavini Əbülfəzl Amiri Şəhrabi, eləcə də İran Silahlı Qüvvələrinin Baş Qərargahının Təhlükəsizlik Şöbəsinin üzvü Məcid Abbaszadə olub.

Məlumata görə, onlar ötən illər ərzində Asiya, Avropa və Amerikada keçirilən boks yarışlarında beynəlxalq hakim qismində çıxış ediblər.

Xatırladaq ki, Əbülfəzl Amiri Şəhrabi sosial şəbəkədə “İslam peyğəmbərini və dini müqəddəsləri təhqir etmək” ittihamı ilə iki nəfərin edamına səbəb olub.

Məcid Abbaszadə isə cari ilin aprel ayında Tehran Boks heyətinin sədri seçilib. Lakin İran mediası onun təhlükəsizlik orqanının əməkdaşı olması barədə məlumat verməyib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir