Dünya

Myanmada inzibati binanın qarşısında silsilə partlayışlar: Beş nəfər ölüb

Sharing is caring!


Myanmanın Tailandla sərhəddə yerləşən Myavadi şəhərində hökumət binasının qarşısında silsilə partlayışlar törədilib.

Bu barədə Myanmanın təhlükəsizlik xidmətindəki mənbələr məlumat yayıblar.

Partlayış nəticəsində azı beş məmur və təhlükəsizlik qüvvələrinin işçisi ölüb, daha 11 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Qeyd olunur ki, ümumilikdə dörd partlayış törədilib. Hökumət nümayəndələrinin oturduğu inzibati binada polis əməkdaşlarının da idarəsi olduğundan hücum nəticəsində hüquq-mühafizə orqanlarının işçiləri də xəsarət alıblar.

Artıq Myanma Silahlı Qüvvələri baş verənlərə görə “Xalq müdafiə qüvvələri”ni və ölkənin silahlı qüvvələrinə qarşı döyüşən “Karen milli-azadlıq ordusu” adlı etnik-separatçı təşkilatı günahlandırıblar.

Mənbə: Agence France-Presse

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir