Dünya

Yaponiyada delfin ovu mövsümü başlayıb: Yüzlərlə canlı öldürüləcək

Sharing is caring!


Yaponiyada hər il ciddi etirazlara səbəb olan ənənəvi delfin ovu mövsümü başlayıb.

Delfinlərlə yanaşı balinaları da ovlayacaq balıqçıların mövsümün sonuna qədər 9 növdən olan təxminən 1800 dəniz məməlisini öldürəcəyi gözlənilir.

Mövsümə Vakayama prefekturasının Taiji balıqçı qəsəbəsində start verilib.

Bəzi heyvan hüquqları müdafiəçilərinin etirazlarına baxmayaraq, yerli vaxtla saat 05:00 radələrində 11 balıqçı qayığı sahildən təxminən 10 kilometr aralıda delfin və balina axtarışına başlayıb. Balıqçılar mövsümün ilk günü limana əliboş qayıdıblar. Delfin ovu mövsümünün fevralın sonuna, balina ovu mövsümünün isə aprelin sonuna qədər davam edəcəyini bəyan edilib.

Mənbə: NTV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir