Dünya

“Ayntraxt” tarixində ən bahalı transfer: PSJ Kolo-Muanini rekord məbləğə aldı – FOTO

Sharing is caring!


Fransalı hücumçu Randal Kolo-Muani Almaniyanın “Ayntraxt” futbol klubundan Fransanın PSJ klubuna keçib.

Bu barədə Fransa klubunun Mətbuat Xidməti məlumat yayıb.

Futbolçu PSJ ilə 2027/28 mövsümünün sonuna qədər müqavilə imzalayıb. Fransız futbolçunun satışı “Ayntraxt”a 95 milyon avro qazandırıb və bu, klubun yeni transfer rekordu olub.

Bundan əvvəl “Ayntraxt”ın tarixində ən bahalı satış 63 milyon avroya “Real”a keçən serb hücumçu Luka Yoviç olub.

24 yaşlı Kolo-Muani ötən mövsüm “Ayntraxt”ın heyətində müxtəlif yarışlarda 46 oyuna çıxıb, 23 qol vurub, 17 məhsuldar ötürmə edib. Əvvəllər o, Fransanın “Bulon” və “Nant” klublarında da çıxış edib. Futbolçunun hesabına Fransa millisində doqquz oyun və bir qol var.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir