Dünya

Türkiyə klubları avrokuboklarda tarixi rekorda imza atdılar

Sharing is caring!


Türkiyə klubları avrokuboklarda tarixi rekorda imza atıblar.

“Qalatasaray” UEFA Çempionlar Liqasında, “Fənərbağça”, “Beşiktaş” və “Adana Dəmirspor” isə UEFA Konfrans Liqasında təsnifat mərhələlərində ümumilikdə 20 qələbə qazanıblar. Avrokubok tarixində heç bir ölkənin təmsilçiləri seçmə raundlarda bu nailiyyətə imza ata bilməmişdilər.

“Fənərbağça” və “Beşiktaş” altı, “Qalatasaray” beş, “Adana Dəmirspor” isə üç matçda qələbə qazanmağı bacarıblar. Bu komandalardan yalnız sonuncu avrokuboklarla vidalaşıb.

Qeyd edək ki, “Qalatasaray” Çempionlar Liqasının, “Fənərbağça” və “Beşiktaş” isə Konfrans Liqasının qrup mərhələsində çıxış edəcək.

Mənbə: ajansspor.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir