Dünya

Türkiyənin iki klubu Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazandı

Sharing is caring!


Türkiyənin iki klubu UEFA Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazanıb.

Oxu.Az-ın məlumatına görə, “Fənərbağça” və “Beşiktaş” pley-off mərhələsində rəqibini üstələyiblər.

“Fənərbağça” öz meydanında 5:1 hesabı ilə məğlub etdiyi Niderland klubu “Tvente”yə səfərdə də qalib gəlib. Edin Cekonun yeganə qolu İstanbul nəhənginə 1:0 hesablı qələbə qazandırıb.

Ukraynanın “Dinamo” (Kiyev) klubundan səfərdə güclü olan “Beşiktaş” (3:2) Türkiyədəki cavab görüşündə də üstünlüyün qorumağı bacarıb. “Ağ-qaralar” Vensan Abubakarın qolu sayəsində 1:0 hesablı qalibiyyətə seviniblər.

Türkiyənin digər təmsilçisi “Adana Dəmirspor” isə doğma arenasında Belçika “Genk”ini qəbul edib. Belçikadakı ilk matçda yerli komanda 2:1 hesabı ilə qalib gəlmişdisə, bu dəfə adanalılar rəqibi eyni fərqli hesabla (1:0) məğlub ediblər. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan “Genk” yoluna davam edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir