Dünya

Ukrayna Moskvanı vurmaq üçün hazırlıqlara başladı – FOTO

Sharing is caring!


“Ukrayna özünün istehsalı olan “Neptun” raketlərini təkmilləşdirmək istəyir ki, bu raketlər vasitəsilə Moskvada və işğalçı ölkənin digər regionlarında hədəf alınan nöqtələri vura bilsin”.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin adı açıqlanmayan nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, Ukrayna işğal altındakı Krımda Tarxankut burnunda yerləşən Rusiyanın “S-400 Triumf” zenit-raket sisteminə də 100% modifikasiya olunmuş “Neptun” raketi ilə zərbə endirib.

Daha əvvəl Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov da “S-400 Triumf” zenit-raket sisteminin Ukraynanın yeni raketi ilə məhv edildiyini bildirib, lakin raketin adını açıqlamayıb.

Həmçinin “The War Zone” nəşrinə bununla bağlı verilən məlumata görə, modifikasiya edilmiş raketlərin “yer-yer” versiyası üzrə istehsalı artırıla bilər. Mənbənin sözlərinə görə, hətta məhdud ehtiyatlarla belə Rusiyanın paytaxtı çox da uzaq olmayan gələcəkdə təkmilləşdirilmiş “Neptun” üçün hədəfə çevriləcək.

“Bu modifikasiya məsafəni artıracaq və Moskvaya zərbə endirməyə imkan verəcək. Bu baş verəcək”, – deyə rəsmi bildirib.

Mənbə: NV.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir