Dünya

İngiltərə Premyer Liqasında ötən mövsümün ən yaxşı futbolçusu məlum oldu – FOTO

Sharing is caring!


İngiltərə Premyer Liqasında 2022/23 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.

Bu ada “Mançester Siti”nin hücumçusu Erlinq Holand layiq görülüb. 23 yaşlı norveçli forvard İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının keçirdiyi səsvermədə Kevin de Bruyne (“Mançester Siti”), Harri Keyn (“Tottenhem”, bu yay “Bavariya”ya keçdi), Martin Edeqor, Bukayo Saka (hər ikisi “Arsenal”) və Markus Reşfordu (“Mançester Yunayted”) geridə qoyub.

Bukayo Saka isə ən yaxşı gənc oyunçu mükafatını alıb.

Qeyd edək ki, 2022/23 mövsümündə Holand “Mançester Siti”nin heyətində Premyer Liqanın 35 oyununda 36 qol vurub və səkkiz məhsuldar ötürmə edib.

Mənbə: bbc.co.uk

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir