Dünya

İrəvan-Qafan reysi ilə uçan təyyarə itib?

Sharing is caring!


Ermənistan mətbuatı yazır ki, İrəvandan havaya qalxan təyyarə görüntünün zəif olması iddiası ilə Qafanda eniş edə bilməyib və yenidən Ermənistanın paytaxtına qayıdıb.

Ermənistanda fəaliyyət göstərən jurnalistlər iddianın doğruluğunu yoxlamaq məqsədi ilə İrəvanın Zvartnots hava limanı ilə əlaqə yaradıblar.

“Hava limanında bizə dedilər ki, təyyarə Zvartnotsdan qalxıb, amma eniş edib-etmədiyini deyə bilməzlər”, – məsələni araşdıran jurnalist qeyd edib.

Xatırladaq ki, Ermənistanda bir neçə gün əvvəl də oxşar hadisə yaşanıb. Belə ki, Qafan hava limanı İrəvandan uçan təyyarəni qəbul etməyə hazırlaşıb, lakin təyyarə hələlik məlum olmayan səbəbdən İrəvan-Qafan reysini yerinə yetirə bilməyib.

Mənbə: Qraparak

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir