Dünya

ABŞ-də tutuquşu ilə qarət – VİDEO

Sharing is caring!


ABŞ-nin Virciniya ştatında baş verən qarət hadisəsi müzakirələrə səbəb olub.

Belə ki, çiynində üç tutuquşu olan kişi kafeyə daxil olaraq satıcını bıçağa oxşar alətlə hədələyib və kassada olan pulları götürərək hadisə yerindən uzaqlaşıb.

Hadisə anbaan müşahidə kameraları tərəfindən qeydə alınıb.

Yerli sakinlər ehtimal edirlər ki, cinayətkar quşları özü ilə ona görə gəzdirib ki, şahidlər onun xüsusi əlamətlərini xatırlamasınlar.

Hazırda cinayətkarın tutulması istiqamətində axtarışlar aparılır.

Mənbə: Fox News

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir