Dünya

Argentinanın böyük şəhərlərində kütləvi talan və iğtişaşlar baş verib – VİDEO

Sharing is caring!


Artıq beşinci gündür ki, Argentinanın böyük şəhərlərində iğtişaşlar yaşanır.

Yerli KİV-lərin məlumatına görə, kütlənin hədəfi geyim mağazaları, dəbdəbəli mallar satılan mağazalar yox, ərzaq satılan supermarketlərdir.

Bütün bunlar ölkədə iqtisadi tənəzzülün yaşandığı və noyabrın 22-nə təyin edilmiş prezident seçkisinin fonunda baş verir.

Bir müddət əvvəl “Bloomberg”in yaydığı məlumatda qeyd olunurdu ki, 2022-ci ildə Argentinada yoxsulluğun səviyyəsi 39 faizə yüksəlib.

Bəzi hesablamalara görə, hazırda Argentinada dilənçi vəziyyətində yaşayanlar ölkə əhalisinin 70 faizdən çoxunu təşkil edir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir