Dünya

CNN: “Ukraynalılar Rusiyanın ilk müdafiə xəttini yardılar”

Sharing is caring!


“Ukrayna döyüşçüləri cənubda, xüsusən də Zaporojye bölgəsində Rusiya hərbçilərinin birinci müdafiə xəttini yarıblar”.

Bu sözləri ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli deyib.

“Ukrayna qoşunlarının Zaporojye vilayətində cənub cəbhə xətti hissəsində Rusiya müdafiəsinin birinci xəttini yardıqlarını göstərən əlamətlər artır. Həmçinin, onlar strateji əhəmiyyətli Tokmak şəhəri istiqamətində hücumu gücləndirirlər.

Hazırda bir neçə rusiyalı hərbi bloqer cəhbənin bəzi cənub bölgələrində Moskva qoşunları üçün acınacaqlı mənzərə yarandığını deyir”, – Milli bildirib.

Bloqerlərdən birinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri cənubda Novoprokopovka üzərinə irəliləyirlər (Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu məlumatı təsdiqləyib), həmçinin, şərqdəki Verbovoye bölgəsində paralel hücuma başlayıblar, hər iki istiqamətdə güclü artilleriya atəşi altında döyüşlər gedir.

Eyni zamanda, Ukrayna Baş Qərargahı iki istiqamətdə – Zaporojye vilayətinin Novoprokopovka kəndi istiqamətində və daha şərqdə – Dnepropetrovsk vilayətində Oçeretovatoye kəndi istiqamətində irəliləyişin əldə edildiyi ilə bağlı açıqlama verib.

Mənbə: CNN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir