Dünya

Krımda yenidən Ukrayna bayrağı dalğalandı: Rusiya qüvvələri ilə dənizdə real döyüş kadrları – VİDEO

Sharing is caring!


Ukrayna kəşfiyyatçıları xüsusi əməliyyat keçirib, Krım ərazisinə enərək Ukrayna bayrağını asıblar.

Bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin Mətbuat Xidməti məlumat verib və əməliyyatın videokadrlarını yayımlayıb.

Qeyd olunub ki, ötən gecə Krımda Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə Baş Kəşfiyyat İdarəsinin əməliyyatı keçirilib. Xüsusi təyinatlı bölmələr su nəqliyyat vasitələrində Olenevka və Mayak yaşayış məntəqələri yaxınlığında sahilə çıxıblar.

“Tapşırığın icrası zamanı ukraynalı müdafiəçilər düşmənlə üz-üzə gəliblər. Nəticədə düşmənin şəxsi heyəti itkilər verib, texnikası məhv edilib. Həmçinin Ukrayna Krımında dövlət bayrağı yenidən dalğalanıb”, – deyə məlumatda qeyd edilib.

Xüsusi əməliyyat başa çatdıqdan sonra ukraynalı müdafiəçilər hadisə yerini itkisiz tərk ediblər.

Həmçinin Baş Kəşfiyyat İdarəsindən bildirildiyinə görə, Krımın işğalçı “administrasiyası” yerli əhalinin kütləvi müraciətinə baxmayaraq, baş verənlərlə bağlı şərh verməyib.

Eyni zamanda, yeganə məlumat guya “müəyyən edilmiş qrafik üzrə döyüş sursatlarının məhv edilməsi” ilə bağlı olub.

Həmçinin Ukrayna Silahlı Qüvvələrinin Krımda əməliyyatdan sonra geri çəkilməsini əks etdirən videogörüntülər yayılıb.

Görüntülərdə ukraynalı hərbçilər və Rusiya ordusu arasında silahlı qarşıdurma əksini tapıb.

Mənbə: RBC-Ukrayna

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir