Dünya

Pentaqon: “Rusiya Ukraynada “Starlink”in işini pozmağa çalışır”

Sharing is caring!


ABŞ Kosmik Qüvvələrinin komandanı general Çens Saltzman Rusiyanı Ukraynada “Starlink”in peyk rabitə sistemini pozmağa cəhd etməkdə ittiham edib.

Saltzmanın sözlərinə görə, Birləşmiş Ştatlar ABŞ ordusunun ehtiyacları üçün aşağı yerətrafı orbitinə minə qədər peyk çıxarmağı planlaşdırır. Lakin cihazların bu qədər çox olması digər ölkələr tərəfindən onların zədələnməsi problemini yaradacaq.

Saltzman misal olaraq Rusiyanın Ukraynada bir qrup “Starlink” peyklərini “susdurmağa” çalışdığını göstərib. General qeyd edib ki, bütün cəhdlər uğursuzluqla nəticələnib.

Mənbə: The Washington Post

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir