Dünya

Yaponiya okeana radioaktiv su axıdacaq – FOTO

Sharing is caring!


Yaponiya avqustun 24-dən “Fukusima-1” atom elektrik stansiyasından daha əvvəl təmizlənmiş radioaktiv suyun axıdılmasına başlayacaq.

Bu barədə Yaponiya Baş naziri Fumio Kişida elan edib.

Rusiya və Çin isə buna qarşı çıxıb.

“Biz “Tokyo Electric Power” şirkətindən xahiş edəcəyik ki, plana uyğun olaraq, okeana tullantıların axıdılmasına başlamaq üçün hazırlıq görsün. Hava və dəniz şəraiti buna mane olmasa, avqustun 24-də suyun axıdılmasına başlanması nəzərdə tutulur”, – deyə nazir bildirib.

Qeyd edək ki, daha əvvəl, Yaponiya nüvə tənzimləyicisi məhv edilmiş “Fukusima” AES operatorunun gələn il təmizlənmiş radioaktiv tullantı sularının dənizə axıdılması planlarını təsdiqləyib.

Mənbə: Kyodo

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir