Dünya

Rəsmi Ankara BMT sülhməramlılarının Kiprdəki bufer zonadakı hərəkətlərini pisləyib

Sharing is caring!


Türkiyə Xarici İşlər Nazirliyi Kiprdəki bufer zonada BMT sülhməramlı qüvvələrinin bölgədə yol işləri aparan kipr türklərinə qarşı hərəkətlərini pisləyib.

Nazirliyin “X” sosial şəbəkəsində yayımlanan bəyanatında qeyd olunur ki, Türkiyə Kipr üçün qarant ölkə kimi BMT-ni adanın yunan və türk icmalarına bərabər münasibət göstərməyə, Şimali Kiprin suverenliyinə hörmət etməyə çağırır.

Türkiyə Xarici İşlər Nazirliyi vurğulayıb ki, yaranmış vəziyyət BMT-nin bölünmüş adanın icmalarına və Kiprdə məskunlaşmaya bərabər yanaşmanın təmin edilməsi üzrə əsas öhdəliklərini hələ də yerinə yetirmədiyini göstərir.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Kipr Sülhməramlı Qüvvələrinin verdiyi məlumata görə, insident sülhməramlıların Pila bölgəsində yol tikintisinin qarşısını alması nəticəsində baş verib. Avqustun 17-də kipr türkləri ora tikinti texnikası aparıblar. Ertəsi gün torpağı hamarlamağa başlayanda sülhməramlılar müdaxilə edib və atışma baş verib. 

Mənbə: “Anadolu” Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir