Dünya

Britaniyada koronavirusun yeni variantı aşkar edildi: 30-dan çox mutasiyası var

Sharing is caring!


Britaniyada koronavirusunun yeni BA.2.86 variantı aşkar edilib.

Həmin virusun 30-dan çox mutasiyasının olduğu bildirilir.

Bu barədə ölkənin Səhiyyə Təhlükəsizliyi Agentliyinin rəis müavini Mira Çand məlumat verib.

“Böyük Britaniyada BA.2.86 müəyyən edilib. Agentlik vəziyyətlə bağlı qiymətləndirmələr aparır və vəziyyətin gedişatına uyğun olaraq əlavə məlumat veriləcək”, – deyə o qeyd edib.

Qeyd edək ki, COVID-in bu variantı ilk dəfə İsraildə, sonra isə Danimarka və ABŞ-də aşkarlanıb.

London Universitet Kollecinin Genetika İnstitutu qeyd edib ki, koronavirusun yeni variantının “Delta” və ya “Omicron” qədər ölümcül olması ehtimalı azdır.

Mənbə: Life.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir