Dünya

Türkiyədə iki gəncin mübahisəsi kütləvi davaya çevrilib: 41 nəfər xəsarət alıb – VİDEO

Sharing is caring!


Türkiyənin Batman şəhərinin Beşiri rayonunda baş verən kütləvi dava zamanı onlarla insan xəsarət alıb.

Məlumata görə, iki ailənin fərdləri arasında başlayan mübahisə böyüyərək iki nəsil arasında kütləvi davaya çevrilib.

Münaqişəyə daxil olan tərəflər dava zamanı daş, taxta parçaları və bıçaqlardan istifadə ediblər. Nəticədə azı 41 nəfər xəsarət alıb, onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Polis insidentlə əlaqədar araşdırmalara başlayıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir