Dünya

PUA hücumu ilə bağlı siqnaldan sonra “Moskva-Siti”dən iki min nəfər təxliyə edilib – VİDEO

Sharing is caring!


Pilotsuz uçuş aparatı (PUA) hücumu ilə bağlı yanlış siqnaldan sonra “Moskva-Siti” beynəlxalq biznes mərkəzindən 2000 nəfər təxliyə edilib.

Məlumata görə, Rusiya paytaxtındakı mərkəzin “B” və “C” qüllələrinin administrasiyasına kamikadze-dronun yaxınlaşması ilə bağlı zəng daxil olub. İlk göydələndən 2 000-ə yaxın insan çıxarılıb.

İkinci qüllənin boşaldılması ilə bağlı qərar hələ verilməyib.

Mənbə: Mash

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir