Dünya

Təbrizdə qadınlar stadionda futbola baxa biləcəklər – FOTO

Sharing is caring!


Təbrizin “Səhənd” stadionunda tamaşaçı qadınlar futbola buraxılacaqlar.

Bu barədə “Azad İran” “Telegram” kanalı yazıb.

“Asiya Futbol Konfederasiyasının stadionlarda qadınların iştirakına dəstək verməsinə əsasən, Asiya Çempionlar Liqasının pley-off mərhələsində Güney Azərbaycanın “Traktor” və Birləşmiş Ərəb Əmirliklərinin “Şarcə” komandaları arasında keçirilən oyunda qadın tamaşaçılara icazə veriləcək”, – deyə Təbrizin İdman və Gənclər İdarəsinin baş direktoru bildirib.

Qeyd edək ki, oyun avqustun 22-də keçiriləcək.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir