Dünya

Arda Güler əməliyyat olundu: Qayıdacağı tarix məlumdur

Sharing is caring!


“Real Madrid”in türkiyəli futbolçusu Arda Güler əməliyyat olunub.

Bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 18 yaşlı yarımmüdafiəçi bu gün Madriddə sağ dizindən uğurlu əməliyyat keçirib.

Türkiyə millisinin üzvü iki ay yaşıl meydanlardan kənar qalacaq.

Qeyd edək ki, “Real Madrid” Arda Güleri bu yay “Fənərbağça”dan transfer edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir