Dünya

Havayda meşə yanğınlarında ölənlərin sayı artdı: Açıq havada həlak olurlar

Sharing is caring!


Havayda meşə yanğınları səngimək bilmir.

Son məlumatlara görə, artıq 67 nəfər həyatını itirib.

Maui dairəsi rəsmilərinin verdikləri məlumata görə, adasının keçmiş paytaxtı Lahainada başlayan yanğının qarşısı hələ də alınmayıb, ölənlərin sayı artıb.

“Bu insanlar yanğından xilas olmağa çalışarkən açıq havada ölüblər”, – deyə Havay adalarının qubernatoru Coş Qrin bildirib.

Ölənlərin yenilənmiş sayını nəzərə alsaq, bu meşə yanğını ştatın tarixində ən böyük təbii fəlakətdir. Həmçinin, bu, ştat tarixində maddi ziyana görə ikinci ən böyük fəlakət hesab olunur.

Havayda meşə yanğınları güclü istilər səbəbindən başlayıb. “Dora” qasırğasının yaratdığı küləklər yanğının yüzlərlə kilometr yayılmasına gətirib çıxarır. Təkcə avqustun 10-da yanğın nəticəsində azı 17 nəfər həlak olub.

Qubernator Qrinin sözlərinə görə, təəssüf ki, ölənlərin sayı əhəmiyyətli dərəcədə arta bilər.

Mənbə: “The Guardian”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir