Dünya

İngiltərə Premyer Liqasında yeni mövsüm start götürdü: “Mançester Siti” rəqibini darmadağın etdi – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasında 2023/24 mövsümünə start verilib.

Oxu.Az xəbər verir ki, açılış oyununda son çempion “Mançester Siti” və elitaya yeni yüksəlmiş “Bernli” ikincilərin meydanında münasibətlərinə aydınlıq gətiriblər.

Matç “şəhərlilər”in böyük hesablı qələbəsi ilə başa çatıb – 3:0.

Hesabı dördüncü dəqiqədə Erlinq Holand açıb. 36-cı dəqiqədə norveçli forvard özünün və komandasının ikinci qolunu vurub. 76-cı dəqiqədə isə Rodri matçda son nöqtəni qoyub.

Qeyd edək ki, turun qalan oyunları avqustun 12-si,13-ü və 14-də keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir