Dünya

“Microsoft” Rusiya şirkətləri üçün lisenziyaları uzatmayacaq

Sharing is caring!


“Microsoft” sentyabrın 30-dan etibarən Rusiyadakı şirkətlər üçün “Windows” əməliyyat sistemləri üzrə lisenziyaların yenilənməsini dayandıracaq.

ABŞ şirkətinin texniki dəstək məktubuna əsasən, “Microsoft” artıq Rusiyadakı xidmətlərinin ödənişi kimi yerli bank hesabına ödənişləri qəbul edə bilməz.

Bununla belə, aktiv abunəliklər ödəniş müddətinin sonuna qədər davam edəcək. Lakin gələcəkdə onlar da uzadılmayacaq.

Bildirilir ki, Rusiya şirkətləri məlumatların təhlükəsizliyini təmin etmək üçün yenilikləri əldə edə bilməyəcək. Buna görə də ölkədə “Linux” və ya “macOS” kimi alternativ əməliyyat sistemlərinin axtarışına başlanılıb.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir