Dünya

“Türkmənistan Hava Yolları” Moskvaya uçuşların dayandırılmasını oktyabrın 28-dək uzadıb

Sharing is caring!


Avqustun 1-dən avqustun 22-dək Aşqabaddan Moskvaya uçuşları dayandıran “Türkmənistan Hava Yolları” məhdudiyyətin vaxtını uzadıb.

Məlumata görə, “Türkmənistan Hava Yolları” 2023-cü il avqustun 8-dən oktyabrın 28-dək Aşqabad-Moskva-Aşqabad marşrutu üzrə uçuşları dayandırıb. Rusiyaya uçuşlar Aşqabad-Kazan-Aşqabad marşrutu ilə həyata keçiriləcək. Moskva-Aşqabad marşrutu üzrə aviabileti olan sərnişinlər biletdə göstərilən tarix və vaxta uyğun olaraq yola düşmədən üç saat əvvəl Kazana özləri gəlməlidirlər

Qeyd edək ki, Moskvaya uçuşlar Moskva hava zonasında hava vəziyyəti ilə əlaqədar, habelə uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə risklərin qiymətləndirilməsi əsasında dayandırılıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir