Dünya

“Threads” sosial şəbəkəsi rəqibinə çatmaq üçün yeni alətləri işə salır

Sharing is caring!


“X”ə (keçmiş “Twitter”) rəqib kimi tanınan “Threads” sosial şəbəkəsi yaxın həftələrdə axtarış funksiyasını və tətbiqin veb-versiyasını işə salacaq.

Bu barədə sosial şəbəkədəki səhifəsində “Meta” şirkətinin rəhbəri Mark Zukerberq məlumat verib.

“Axtarış və veb-versiya yaxın bir neçə həftə ərzində əlçatan olacaq”, – deyərək o, komandanın işindən həzz aldığını vurğulayıb.

Qeyd edək ki, “Threads” proqramı iyulun 5-dən istifadəyə verilib. Yeni sosial şəbəkənin abunəçilərinin sayı həmin andan bir sutka ərzində 30 milyona çatıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir