Dünya

Əsirlikdən qayıdan “Azov” alayının komandiri hərbçilərə təlim keçir – FOTO

Sharing is caring!


Rusiyada əsirlikdə olan və Türkiyənin vasitəçiliyi ilə Kiyevə qaytarılan “Azov” alayının komandiri Denis “Redis” Prokopenko Ukrayna ordusunun sıralarında xidmətini davam etdirir.

Ukrayna mətbuatında dərc edilən yeni fotolarda polkovnikin poliqonda hərbçilərə təlim keçdiyi əks olunub.  

Xatırladaq ki, Ukraynanın Mariupol şəhərinin müdafiəsinə rəhbərlik etmiş Denis “Redis” Prokopenko Türkiyənin dövlət başçısı Rəcəb Ərdoğanın şəxsi himayəsi altında əvvəl Türkiyə tərəfinə təhvil verilib, sonra isə Ukraynaya qaytarılıb.

Onun Kiyevə qaytarılması Ankara-Moskva münasibətlərində soyuqluq yaradıb.

Mənbə: Unian

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir