Dünya

Venesuela gözəli faciəvi şəkildə həyatını itirdi

Sharing is caring!


“Miss Venezuela” gözəllik yarışmasının qalibi, “Miss Latino America 2023”ün iştirakçısı olmuş model Ariana Viera faciəvi şəkildə həyatını itirib.

Qeyd olunur ki, model ABŞ-nin Florida ştatında idarə etdiyi avtomobildə qəza keçirib və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyi nəticəsində Ariana Vieranı həyata qaytarmaq mümkün olub.

Lakin model əməliyyatdan bir neçə saat sonra ürək çatışmazlığından müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir