Dünya

Rəsmləri ilə ərinə milyonlar qazandırdığı üçün əsirinə çevrildi – ARAŞDIRMA + VİDEO

Sharing is caring!


İri gözləri olan körpələr, yadplanetlilərə bənzər obrazlar XX əsrin 60-cı illərində populyarlaşdı.

Bu maraqlı şəkillərin arxasında bir qadının olması faktı isə heç kimə məlum deyildi.

O qadın gecə-gündüz qapalı pərdələr arxasında işləyir, öz həyatını və yaradıcılığını bir kişiyə – öz həyat yoldaşına etibar edirdi. Marqaret elə bilirdi ki, Volter onun qurtarıcı mələyidir. Əslində isə Volter manipulyator idi və Marqareti sadəcə istifadə edirdi.

Marqaret həyat yoldaşı Volter Kinlə San-Fransiskoda rəsm sərgisində tanış olmuşdu. Marqaret onu görən kimi cazibədarlığına valeh olur. Qucağında kiçik övladı olan tənha və istedadlı qadını ələ almaq o qədər də çətin olmur.

Volter rəssam deyildi, amma əla marketoloq idi və Marqaretin istedadını pula çevirmək üçün çox düşünmədi. Qadına evlənmə təklifi etdi və müsbət cavab aldı.

Ətraflı Baku TV-nin əməkdaşı Gülnar Muradovanın araşdırmasında:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir