Dünya

İngiltərə klubları üçün rekord: “Mançester Yunayted”dən milyard avroluq müqavilə

Sharing is caring!


İngiltərənin “Mançester Yunayted” futbol klubu Almaniyanın “Adidas” şirkəti ilə müqavilənin müddətini uzadıb.

Bu barədə “qırmızı şeytanlar”ın saytı məlumat yayıb. Sövdələşmənin dəyəri 900 milyon funt sterlinqdir (1,05 milyard avrodan çox). “Mançester Yunayted”in idman geyimləri şirkəti ilə yeni müqaviləsi 10 il müddətinə imzalanıb.

Bu müqavilə İngiltərə Premyer Liqasının klubları üçün rekorddur. “Qırmızı şeytanlar” 2015/16 mövsümündən etibarən “Adidas” geyinirlər.

İngiltərə Premyer Liqasında yeni mövsümə avqustun 11-də start veriləcək. “Mançester Yunayted” ilk turda öz meydanında “Vulverhempton”la qarşılaşacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir