Dünya

Krım körpüsünü “hasarladılar” – FOTO

Sharing is caring!


Krım körpüsü əlavə olaraq xüsusi təxribat əleyhinə hasarlarla çərçivələnib.

Körpünün ətrafında qoruyucu üzən maneələr yerləşdirilib. Bunun Krım körpüsünü Ukrayna Silahlı Qüvvələrinin mümkün hücum cəhdlərindən qorumaq üçün edildiyi bildirilib.

Məlumata görə, gələcəkdə bu konstruksiya perspektiv olaraq körpünü bütün uzunluğu boyunca hücumlardan qorumağa imkan verəcək.

Belə maneələr Ukraynanın son vaxtlar daha çox istifadə etdiyi yerüstü və sualtı dronlardan qorunmaq üçün nəzərdə tutulub.

Xatırladaq ki, bu yaxınlarda Zelenski Krım körpüsünü bir hədəf olduğunu bildirib və onun zərərsizləşdirilməli olduğunu qeyd edib.

Mənbə: “Mash” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir