Dünya

Bakıdakı Dünya Kubokunda ukraynalı şahmatçılar üçün xüsusi qaydalar

Sharing is caring!


Ukrayna Şahmat Federasiyası öz idmançılarına Bakıda keçiriləcək Dünya Kubokunda Rusiya və Belarus təmsilçiləri ilə təmasdan çəkinməyi tövsiyə edib.

Bu barədə qurumun saytında məlumat verilib.

“Hansı bayraq altında çıxışından asılı olmayaraq, Rusiya və Belarus nümayəndələri ilə əl sıxmaqdan çəkinin.

Rusiya və Belarus nümayəndələri ilə birgə foto və video çəkilişlərdən çəkinin.

Şahmat qaydaları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, Rusiya nümayəndələri ilə söhbətdən çəkinin.

Ukraynanın imicinə xələl gətirə biləcək hərəkətlərdən çəkinin”, – deyə təşkilatın bəyanatında bildirilib.

Qeyd edək ki, Dünya Kuboku iyulun 30-dan avqustun 24-dək davam edəcək. Ukraynanı açıq bölmədə yeddi, qadınların yarışında altı şahmatçı təmsil edəcək. Rusiyalı “iti zəka sahibləri” Beynəlxalq Şahmat Federasiyasının (FIDE) bayrağı altında yarışacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir