Dünya

Ukrayna ordusundan Baxmut ətrafında uğurlu əməliyyat: Rusiyalı hərbçilər geri çəkildilər – FOTO

Sharing is caring!


Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Andreyevka rayonunda rusiyalı hərbçiləri geri çəkilməyə vadar edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun sözçüsü Sergey Çerevatıy telemarafonun efirində məlumat verib.

Onun sözlərinə görə, bu, ağır döyüşlərin getdiyi Baxmutda düşməni mühasirəyə almağa imkan verir.

“Baxmut ətrafındakı istənilən yaşayış məntəqəsi kimi, Andreyevka da Baxmutun mühasirəyə alınması üzrə əməliyyatı başa çatdırmağa, düşməni geri çəkilməyə və ya mühasirəyə almağa imkan verir”, – deyə Sergey Çerevatıy qeyd edib.

O əlavə edib ki, düşmənin artıq heç bir üstünlüyü yoxdur, lakin onlar çox yaxşı hazırlaşırlar, olduqları mövqeləri minalayırlar və buna görə də hücum əməliyyatlarından əvvəl bütün bölmələr güclü təlim və koordinasiyadan keçirlər.

Mənbə: RBC-Ukrayna

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir