Dünya

Türkiyədə meşə yanğınları yaşayış yerlərinə çatdı: Təxliyəyə başlanıldı – VİDEO

Sharing is caring!


Türkiyənin Hatay vilayətində meşə yanğını başlayıb.

Antakyaya yaxın yerləşən meşə massivində başlayan yanğın nəzarətdən çıxaraq yaşayış məntəqələrinə doğru hərəkət edir.

Qeyd olunur ki, ən təhlükəli vəziyyət Antakyanın Kisecik rayonunda yaşanır. Yanğının evlərə yaxın olması səbəbindən vətəndaşlar evlərindən təxliyə olunmağa başlayıb.

Yanğınsöndürən qruplar qurudan və havadan alovun söndürülməsi üçün əraziyə cəlb ediliblər.

Mənbə: İHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir