Dünya

KTMT-nin qərargahı yaxınlığında şübhəli qutu tapıldı

Sharing is caring!


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvada Leninqradski prospektində yerləşən qərargahının yaxınlığında üzərində naqillər və “Radium” yazısı olan qutu tapılıb. 

Şübhəli qutu qərargahla üzbəüz parkda, ağacın üzərində aşkar edilib. Mütəxəssislər qutunu açmaq və yoxlamaq üçün əraziyə gediblər.

Bu barədə şənbə günü Rusiya fövqəladə xidmətlərindən məlumat verilib.

“Hazırda şübhəli qutu açılıb, içərisində radiozond və hava sensoru tapılıb. Onlar götürülüb. Sözügedən predmetlər ekspertizaya göndəriləcək”, – məlumatda bildirlib.

Qeyd olunub ki, tapıntı təhlükə yaratmır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir