Dünya

İranda “əxlaq polisi”nə məhdudiyyətlər qoyuldu

Sharing is caring!


İranda məcburi hicabların yoxlanmasını həyata keçirən “əxlaq polisi”nə (“İrşad patrulları”) müəyyən məhdudiyyətlər qoyulub.

İranda tətbiq edilən yeni tənzimləməyə əsasən, “əxlaq polisi” hicab taxmayan qadınları ancaq xəbərdar edəcək, həbs edə bilməyəcək.

Bu barədə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Yaqub Rizazadə açıqlama verib.

O bildirib ki, ölkədə “əxlaq polisi” ilə bağlı yeni qaydalar qüvvəyə minib və İranda icbari hicab yoxlamasını həyata keçirmək vəzifəsi daşıyan “əxlaq polisi”nə bəzi məhdudiyyətlər qoyulub.

“Heç bağlamayanlara yalnız xəbərdarlıq ediləcək və heç bir saxlanılma, həbs olmayacaq. Çöldə yerləşdirilən “İrşad patrulları”na məxsus avtomobillər isə xəbərdarlıq məqsədi daşıyacaq”, – deyə o qeyd edib.

Məcburi hicabın tətbiqi üçün mədəni işlər aparılacağını bildirən Rizazadənin sözlərinə görə, “İrşad patrulları”nın polis bölmələri əvvəlki kimi olmayacaq.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir