Dünya

Tədqiqatçı alim: “Urmiya gölü yayın sonuna qədər tamamilə quruyacaq” – FOTO

Sharing is caring!


Güney Azərbaycanda ekoloji məsələlər üzrə tədqiqatçı Maşallah Rəzmi bildirib ki, proqnozlara görə, Urmiya gölü yayın sonuna qədər tamamilə quruyacaq.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Urmiya gölünün hazırda kritik olan vəziyyətinə toxunan ekspert deyib ki, göl qurumaq üzrədir.

Urmiya gölündə təbii halda 33 milyard kubmetr suyun olduğunu və dünyada ikinci duzlu su gölü hesab edildiyini xatırladan M.Rəzmi vurğulayıb ki, hazırda burada su, təxminən, bir milyard kubmetrə qədər azalıb.

Hüquq müdafiəçisi Urmiya gölünün tamamilə quruması ilə göl ətrafında yaşayan 15 milyon insanın həyatının ciddi təhlükə altına düşəcəyini vurğulayıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir